03:28
14°C
Bakı
Lənkəran-Lerik magistral yolunun Şovu kəndi ərazisində bu gün səhər saatlarında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan beş nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-ya verilən məlumata görə, 4-ü qadın, 1-i kişi olmaqla beş nəfər xəstəxananın Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu qoyulub.
Hazırda yaralıların müalicəsi tibb müəssisəsində davam etdirilir, vəziyyətlərinin sabit olduğu bildirilir.
Bizim.Media