FHN Gəncədə yaşayış binasındakı partlayışla bağlı məlumat yaydı
322
09 Oct 2025 | 18:36

FHN Gəncədə yaşayış binasındakı partlayışla bağlı məlumat yaydı

Gəncə şəhərində yaşayış binasında baş verən partlayışda iki nəfər xəsarət alıb.

 

MÖVZU İLƏ BAĞLI : Gəncədəki yanğında xəsarət alan şəxsin SON VƏZİYYƏTİ


Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzildə yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən edilib.
 

FHN qüvvələri zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş verən yanğının genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan vermədən qısa müddətdə söndürüb.


Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Partlayış dalğasının təsirindən 1989-cu il təvəllüdlü Qurbanov Elnur Nazim oğlu və 1963-cü il təvəllüdlü Nağıyeva Zərinə Abuzər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bizim.Media

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər