RİNN: “Bakıda taksilərin sayı həddindən çoxdur”
Cəmiyyət
3743
02 Dec 2022 | 12:12

RİNN: “Bakıda taksilərin sayı həddindən çoxdur”

"Bakıda taksi kimi fəaliyyət göstərən nəqliyyat vasitələrinin sayı həddindən çoxdur".
 
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) baş mütəxəssisi Rauf Səfərov Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən “Nəqliyyat və Logistika Komplesinin İnkişafı” mövzusunda konfransda bildirib.
 
“Azərbaycanda, təxminən, 40 min taksi olduğunu və bunun 28 mininin Bakının payına düşdüyünü düşünürük. Onların da 90%-i onlayn platformalar üzərindən fəaliyyət göstərir. Halduki, Türkiyənin İstanbul şəhərində bir neçə ildir ki, taksi fəaliyyəti üçün 17 325 ədədlik kvota var. Bakıda taksilərin sayının çox, bu sahəyə diqqətin az olması, sürücülərin 14-16 saat işləməsi qəzaların artmasına gətirib çıxarır”, - o deyib.
 
“Paytaxtda sıxlığın aradan qaldırılması üçün taksi fəaliyyəti ilə bağlı müəyyən təkliflərimiz var. Bu təkliflər taksi fəaliyyətinin müvafiq icazə əsasında həyata keçirilməsi, sərnişindaşınma sahəsində sahibkarlıq mühitinin yaxşılaşdırılmasınəı əhatə edir”, - R.Səfərov əlavə edib.
 
Link kopyalandı!
Son xəbərlər