TƏBİB-in İcraçı direktoruna yeni müavinlər təyin edilib - FOTO
Cəmiyyət
3416
30 Nov 2022 | 17:39

TƏBİB-in İcraçı direktoruna yeni müavinlər təyin edilib - FOTO

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının növbəti iclası keçirilib.
 
Bu barədə TƏBİB məlumat yayıb.
 
Bildirilib ki, iclasda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri, TƏBİB-in Müşahidə Şurasının sədri Zaur Əliyev, Müşahidə Şurasının üzvləri - Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, səhiyyə nazirinin müavini İlqar Qasımov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyev və TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov iştirak edib.
 
İclasın gündəliyinə tibb müəssisələrinin nizamnamələrinə dəyişiklik edilməsi, TƏBİB-in İcraçı direktorunun müavinlərinin təsdiq olunması və s. məsələlər daxil edilib.
 
İclasda Anar İsrafilov və Araz Nəsirov TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müavinləri təyin ediliblər.
 
Anar İsrafilov İcraçı direktorun müavini
 
 
Anar İsrafilov Azərbaycan Tibb Universitetində Pediatriya ixtisası, eləcə də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb.
 
Hazırda Azərbaycan Tibb Universitetində Nefrologiya ixtisası üzrə doktorantura pilləsi üzrə təhsilini davam etdirir.
 
Bir sıra dövlət və özəl tibb müəssisələrində uşaq nefroloqu kimi işləyib.
 
2006-2022-ci illər ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
 
Araz Nəsirov İcraçı direktorun müavini
 
 
1998-2003-cü illərdə Türkiyənin Trakya Universitetində Maliyyə menecmenti ixtisası üzrə təhsil alıb.
 
2014-cü ildə ADA Universitetində İdarəetmənin inkişafı ixtisası üzrə, 2021-ci ildə Amerika Dyuk Universitetində Layihələrin idarəetməsi ixtisası üzrə təhsil alıb.
 
2008-ci ildə “Xəzər Lənkəran” futbol klubunun vitse-prezidenti vəzifəsində işləyib.
 
2004-2009-cu illərdə Palmali Şirkətlər Qrupunun aparıcı analitiki vəzifəsində çalışıb.
 
2014-2018-ci illərdə “Paşa Sığorta” ASC-nin risk meneceri kimi fəaliyyət göstərib.
 
2018-2022-ci illər ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub.
 
Link kopyalandı!
Son xəbərlər