Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
Cəmiyyət
2929
28 Nov 2022 | 15:32

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.
 
Bu, “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
 
Qanun layihəsinə əsasən, dəyişikliyə görə konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilir.
 
Hazırda moped sürücülərinin sayının minlərlə olduğunu nəzərə alaraq, qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir.
 
Qeyd edək ki, Baş Dövlət Yol Polisi idarəsinin məlumatına əsasən, bu prosesin asan və şəffaf keçirilməsi üçün xüsusi komissiya yaradılıb, mopedçilər üçün sürücülük vəsiqəsi (A1) imtahanlarının məzmunu sadələşdirilib. /apa/
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər