Baş prokurordan intiharlarla bağlı yazılan xəbərlərin yayılmasına münasibət
3665
24 Nov 2022 | 20:06

Baş prokurordan intiharlarla bağlı yazılan xəbərlərin yayılmasına münasibət

Baş prokuror intiharlarla bağlı yazılan xəbərlərin yayılmasına münasibət bildirib.
 
Bu barədə Baş prokuror Kamran Əliyev Elmi Məsləhət Şurasının iclasında danışıb.
 
O bildirib ki, bəzi hallarda yazılar düzgün işıqlandırılmır:
 
“Bu yazıların geniş təfərrüatı ilə işıqlandırılması intihar hallarının çoxalmasına gətirib çıxarır. Biz bir müddət əvvəl jurnalistlərlə görüş təşkil etdik. Bu cür xəbərlərin yayılmasının qarşısının alınması ilə bağlı müzakirələr apardıq. Bu öz nəticəsini verdi. Bu ilin birinci yarımilində ötən ilin birinci yarımili ilə müqayisədə  30-50 fakt azalma qeydə alınıb. Mətbuat artıq bu xəbərlərə həssaslıq nümayiş etdirir”.
Link kopyalandı!
Son xəbərlər