Sidneydə məktəbdə partlayış baş verib, 12 nəfər xəsarət alıb
3564
21 Nov 2022 | 14:39

Sidneydə məktəbdə partlayış baş verib, 12 nəfər xəsarət alıb

Avstraliyanın Sidney şəhərindəki məktəblərin birində, kimya dərsində elmi təcrübələr zamanı biri müəllim, on biri 10-11 yaşlı şagird olan, ümumilikdə on 12 nəfər xəsarət alıb.
 
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər zərərçəkənlərə döş qəfəsinin, üz və ayaq nahiyəsinin yanığı diaqnozu qoyublar. İki uşağın vəziyyəti ağırdır.
 
Dərs zamanı baş verən partlayışdan sonra şagirdlər tibb müəssisəsinə yerləşdiriliblər.
 
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər