Azərbaycanda bu il içməli sudan qanunsuz istifadəyə dair 8 248 fakt aşkarlanıb
Cəmiyyət
3676
15 Nov 2022 | 18:12

Azərbaycanda bu il içməli sudan qanunsuz istifadəyə dair 8 248 fakt aşkarlanıb

Bu ilin yanvar-oktyabr aylarında “Azərsu” ASC üzrə içməli sudan qanunsuz istifadə ilə bağlı 8 248 fakt aşkarlanıb.
 
Bu barədə "qurumdan bildirilib.
 
Məlumata görə, bunun 7 028-i Bakı, Sumqayıt və Abşeronda, digərləri isə bölgələrdə qeydə alınıb.
 
Həmin hallar üzrə 2 milyon 135 min kubmetr həcmində sərfiyyat müəyyən edilib.
 
Paytaxtda içməli sudan ən çox qanunsuz istifadə halı 1 643 olmaqla Binəqədi rayonunda qeydə alınıb. Bu faktlar üzrə 410 min kubmetr həcmində sərfiyyata görə vəsait bərpa olunub.
Link kopyalandı!
Son xəbərlər