BDU-da “Valideyn-övlad münasibətləri” mövzusunda təlim
3686
15 Nov 2022 | 17:54

BDU-da “Valideyn-övlad münasibətləri” mövzusunda təlim

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru tələbələr üçün “Valideyn-övlad münasibətləri” mövzusunda təlim təşkil edib. 
 
Təlimdə valideyn-övlad ünsiyyəti, münasibətlərdə yaranan çətinliklər və onların aradan qaldırılma yolları müzakirə olunub. 
 
Təlimdə tələbələrə valideynlərlə münasibətlərdə yaranan çətinliklərin aradan qaldırılmasına kömək edən məlumatlar verilib. Ətrafa, cəmiyyətə qarşı münasibətdə valideynlərin rolu təhlil edilib. Valideynlərlə ünsiyyətin şəxsin xarakterinin formalaşmasına təsiri haqqında müzakirə aparılıb. 
 
Təlimin sonunda valideynlərlə münasibətlərdə çətinliklərlə üzləşən tələbələrə mütəxəssislər tərəfindən həll yolları göstərilib. 
 
Link kopyalandı!
Son xəbərlər