ADU-nun Konfutsi İnstitutunun kitabxanasına hədiyyə olaraq unikal kolleksiya
Cəmiyyət
3408
14 Nov 2022 | 14:29

ADU-nun Konfutsi İnstitutunun kitabxanasına hədiyyə olaraq unikal kolleksiya

Azərbaycan Dillər Universitetində (ADU) Huçjou Pedaqoji Universitetinin kitabxanası, «Cinan» orta məktəbi, Çinin Huçjou şəhərinin digər qurumları və ayrı-ayrı şəxslərinin kitab kolleksiyasından ADU-nun Konfutsi İnstitutuna onlayn hədiyyə edilməsi mərasimi keçirilib. 2000-dən çox kitab və dövri nəşrin kolleksiyası Çin klassiklərinin bədii və poeziya əsərləri, elmi, tədris və uşaq ədəbiyyatı, ensiklopediyalar, Çinin çoxəsrlik tarixini və mədəniyyətini, milli adət-ənənələrini, ölkənin müasir sosial-iqtisadi və siyasi inkişafını əks etdirən tematik məlumat kitabçaları ilə təmsil olunur. Huçjou məktəblilərinin yüzdən çox rəsm və bədii açıqcalarının ADU-nun Konfutsi İnstitutuna təhvil verilməsi də xoş sürpriz olub.
 
Mərasimdə Çin tərəfdən «Cinan» məktəbinin direktoru Vu Fanq, Beynəlxalq Kollecin Partiya Komitəsinin katibi Zhang Dongfei, Pedaqoji Kollecin Beynəlxalq Əlaqələr Ofisinin nümayəndələri Fang Xi və Vu Haiyan iştirak ediblər. Mərasimdə çıxış edən ADU-nun Konfutsi İnstitutunun Çin tərəfdən direktoru xanım Li Jihua hədiyyəyə görə təşəkkür edib və bu kitabların Konfutsi İnstitutunun təhsil və mədəniyyət fəaliyyətinin inkişafı üçün dəyərli informasiya resursuna çevriləcəyinə əminliyini bildirib.
Mərasimdə Azərbaycan tərəfdən ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov da öz növbəsində təhvil verilən nəşrlərin Konfutsi İnstitutunun kitabxanasının kitab fondunu xeyli artıracağını qeyd edərək, bu hadisənin Azərbaycan-Çin humanitar əməkdaşlığının uğurlu inkişafının və tarixən Böyük İpək Yolu ilə bağlı olan iki qardaş xalq arasında ənənəvi dostluq əlaqələrinin möhkəmləndirilməsinə daha bir sübutu olduğunu vurğulayıb. O, həmçinin çinli həmkarlarına ADU-nun Konfutsi İnstitutu tərəfindən Çin dilində nəşr olunmuş “Heydər Əliyev və Çin”, “Azərbaycan Respublikası və Çin Xalq Respublikası: diplomatik əlaqələrin qurulmasından 30 il ildönümü. Prezident salnaməsi”, “İlham Əliyev - iki qədim xalq arasında dostluğun müasir davamçısı”, “Azərbaycanda Çin mədəniyyətinin ocağı”, “Azərbaycanın çinşünaslıq məktəbi” və s. kitablarının göndəriləcəyini qeyd edib.
 
Link kopyalandı!
Son xəbərlər