Bizi sosial şəbəkələrdən izləyin:
Serbiya millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
Yığmanın baş məşqçisi Draqan Stoykoviç mundiala aparacağı 26 nəfəri müəyyənləşdirib.
Futbolçulardan 3-ü qapıçı, 7-si müdafiəçi, 10-u yarımmüdafiəçi, 6-sı isə hücumçudur.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Serbiya G qrupunda Braziliya, Kamerun və İsveçrə ilə mübarizə aparacaq.