Qənirə Paşayeva Tovuzda Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşüb
3712
09 Nov 2022 | 20:24

Qənirə Paşayeva Tovuzda Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşüb

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva 8 noyabr - Zəfər Günündə Tovuzda Vətən müharibəsi şəhidlərinin ailələri və  qazilərlə görüşüb.
 
Onları Zəfər Bayramı və 9 noyabr - Bayraq Günu münasibətilə təbrik edən Q.Pasayeva, ürək sözlərini bölüşüb.
 
Q.Paşayeva Zəfər Günündə ilk növbədə, şəhid ailələrinin, qazilərin yad edilib, təbrik edilməsini xalqımızın qədirşünaslığı və minnətdarlıği kimi xarakterizə edib: "Sizlərə olan mənəvi borcumuz ömür boyu bitməyəcək. Bayramınız mübarək olsun"!
 
Q.Paşayeva şəhid ailələri üzvlərini, qaziləri dinləyib, onların toxunduğu mövzulara ətraflı sərh verib, suallari cavablandırıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər