Soy kökümüzün, dini dəyərlərimizin, müasirliyin, milli dövlətçiliyimizin simvolu olan üçrəngli bayrağımız azadlıq və istiqlal uğrunda apardığımız mücadilənin nəticəsidir.
44 Günlük Zəfərdən sonra şanlı bayrağımız Qarabağ və Şərqi Zəngəzurda da dalğalanmaqdadır. Əminəm ki, çox keçməyəcək ki, üç rəngli bayrağımız bu gün məhdud sayda ermənilərin yaşadığı Xankəndi və onun ətrafındakı yerlərdə, Qərbi və Cənubi Azərbaycanda da ucalacaqdır. Milli suverenliyimizin və bütövlüyümüzün atributu kimi hər birimiz üçün müqəddəs olan Bayraq Günümüz mübarək!
Fəzail Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri