Həkəri çayına növbəti dəfə balıq körpələri buraxılıb
3076
05 Nov 2022 | 09:48

Həkəri çayına növbəti dəfə balıq körpələri buraxılıb

Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına töhfə vermək məqsədilə Həkəri çayının Zəngilan rayonu ərazisindən keçən hissəsinə 200 000 çəkikimi balıq körpəsi buraxılıb.
 
Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
 
O, təbii su hövzələrinə balıq buraxılışı tədbirlərinin noyabrın sonunadək davam edəcəyini deyib: "Ölkənin təbii su hövzələrinin zənginləşdirilməsi, biomüxtəlifliyin qorunması və su bioresurslarının bərpasına kömək məqsədilə bütün balıq yetişdirən müəssisələri balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına bizimlə birgə töhfə verməyə çağırırıq".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər