Azərbaycanda publik hüquqi şəxslərə gələn il büdcədən 443 milyon manat ayrılacaq
3035
04 Nov 2022 | 10:13

Azərbaycanda publik hüquqi şəxslərə gələn il büdcədən 443 milyon manat ayrılacaq

Azərbaycanda dövlətin adından yaradılan 51 publik hüquqi şəxsə gələn ilin dövlət büdcəsində 442,8 milyon manat vəsait nəzərdə tutulub.
 
Moderator.az bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.
 
Sənədə əsasən,elm bölməsində 9 publik hüquqi şəxs üzrə 17,2 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsində 1 publik hüquqi şəxs üzrə 78,9 milyon manat, təhsil bölməsində 2 publik hüquqi şəxs üzrə 3,8 milyon manat, səhiyyə bölməsində 1 publik hüquqi şəxs üzrə 6,2 milyon manat, sosial müdafiə və sosial təminat bölməsində 2 publik hüquqi şəxs üzrə 104,6 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət bölməsində 12 publik hüquqi şəxs üzrə 64,7 milyon manat, mənzil və kommunal təsərrüfatı bölməsində 2 publik hüquqi şəxs üzrə 16,7 milyon manat, ətraf mühitin mühafizəsi bölməsi üzrə 1 publik hüquqi şəxs üzrə 3,5 milyon manat, iqtisadi fəaliyyət bölməsində 21 publik hüquqi şəxs üzrə 147,2 milyon manat vəsait proqnozlaşdırılıb.
 
2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyard 720,7 milyon manat, xərclərinin isə 33 milyard 300 milyon manat olacağı gözlənilir. Bunlar, 2022-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,2 % və 3,1 % çoxdur. Son nəticədə dövlət büdcəsində 2 milyard 579,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 16,95 % azdır.
Link kopyalandı!
Son xəbərlər