Zəfər Günü münasibətilə şəhid ailələri ilə görüş keçirildi
3712
02 Nov 2022 | 10:40

Zəfər Günü münasibətilə şəhid ailələri ilə görüş keçirildi

Qubada  rayon İcra Hakimiyyətinin  akt zalında Zəfər Günü münasibətilə şəhid ailələri ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı  Vahid Əhmədov, rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev,  rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri  iştirak etmişlər.
 
Görüşün əvvəlində ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalmış bütün vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad olunmuşdur.
 
Quba rayon İcra Hakimiyyətinin başçısı  Ziyəddin Əliyev  çıxış edərək tədbir iştirakçılarını qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik etmiş, rəşadətli Silahlı Qüvvələrimizin 44 günlük Vətən Müharibəsində qazandığı tarixi qələbə barədə ətraflı danışmışdır.O öz çıxışında şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı, eləcə də rayonda bu istiqamətdə görülən işlər barədə də məlumat vermişdir.
 
Milli Məclisin deputatı Vahid Əhmədov öz növbəsində bütün qubalıları Zəfər günü münasibəti ilə təbrik edərək, Böyük Vətən müharibəsində qubalı döyüşçülərin qəhrəmanlığından, torpaqlarımızın azad olunmasındakı şücaətlərindən bəhs etmişdir.O, öz çıxışında şəhid ailələrinə, qazilərə və ümumilikdə müharibə iştirakçılarına dövlət tərəfindən göstərilən qayğıdan bəhs edərək, Milli Məclisin bu istiqamətdə gördüyü işlər haqqında geniş məlumat vermişdir.  
 
Daha sonra şəhid ailələrinin üzvləri çıxış edərək onlara göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirmiş, eləcə də onları maraqlandıran məsələlər barədə danışaraq öz suallarını icra başçısına və deputata ünvanlamışlar.
     
Şəhid ailələrinin nüayəndələri tərəfindən qaldırılan məsələlərin qısa vaxt ərzində həlli məqsədilə aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilmişdir.
 
Sonda icra başçısı və millət vəkili bir daha görüş iştirakçılarıni qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik etmiş, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına bundan sonra da diqqət və qayğı göstəriləcəyini bildirmişlər.
     
Tədbirdən sonra  millət vəkili və rayon icra Hakimiyyətinin başçısı  Quba rayon Şəhidlər Xiyabanını da ziyarət edərək, məzarlarin üzərinə gül dəstələri qoymuşlar.
 
Link kopyalandı!
Son xəbərlər