Bizi sosial şəbəkələrdən izləyin:
Somalinin paytaxtı Moqadişoda Təhsil Nazirliyinin binasına hücum olub.
Polisin məlumatına görə, nazirliyin binasının yerləşdiyi şəhərciyə bomba ilə yüklənən avtomobil daxil olub və partlayış baş verib.
Əraziyə polis və təcili yardım briqadaları cəlb edilib.
Sosial şəbəkələrdə paylaşılan videolarda ərazidən qatı tüstünün qalxdığı görünür.