Moderator.az xəbər verir ki, seçkidə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli əsas namizəd olub və qurumun prezidenti seçilib.
İ.Həbibbəyli 1949-cu ildə dünyaya gəlib. Oktyabrın 16-da onun 73 yaşı tamam olub.
Qeyd edək ki, qurumun sonuncu prezidenti Ramiz Mehdiyevin istefasından sonra AMEA-nın strukturunda dəyişiklik edilib. Yeni strukturda 22 elmi müəssisə fəaliyyət göstərir. Akademiyanın işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib.
Xatırladaq ki, R.Mehdiyev bu ilin fevralında istefa verib.
Seçki qapalı keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsi təsdiqlənib.