Son sutkada Azərbaycanda 46 nəfər koronavirusa yoluxub - FOTO
Cəmiyyət
3642
23 Oct 2022 | 16:45

Son sutkada Azərbaycanda 46 nəfər koronavirusa yoluxub - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 46 yeni yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər ikisi vəfat edib.
 
Azərbaycanda indiyədək ümumilikdə 822 954 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 812 662 nəfər müalicə olunaraq sağalıb, 9 937 nəfər vəfat edib, aktiv xəstə sayı 355 nəfərdir.
 
Ölkədə son sutka ərzində 1 886, hazırkı dövrədək isə 7 305 712 test aparılıb.
 
Link kopyalandı!
Son xəbərlər