Ukrayna Kaxovka SES-in minalanması ilə bağlı təcili çağırış etdi: “Minlərlə qurbana səbəb olacaq”
2848
22 Oct 2022 | 11:09

Ukrayna Kaxovka SES-in minalanması ilə bağlı təcili çağırış etdi: “Minlərlə qurbana səbəb olacaq”

Ukrayna Avropa İttifaqına və BMT-yə dərhal monitorinq missiyasının yaradılması və Kaxovka Su Elektrik Stansiyasına (SES) göndərilməsi xahişi ilə müraciət edib.
 
Kəşfiyyat agentlərinin fikrincə, Rusiya hərbçiləri Kaxovka SES-də təxribat hazırlayır.
 
Bu barədə Nazirlər Kabinetinin iclasında Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.
 
“Biz BMT, Aİ və digər təşkilatlara müraciət edirik ki, Kaxovka SES-də beynəlxalq monitorinq missiyası təşkil etsinlər. Beynəlxalq mütəxəssislər Ukrayna personalı ilə birlikdə dərhal stansiyaya gəlməlidirlər”, - deyə Şmıxal qeyd edib.
 
O, Ukrayna hakimiyyətini belə bir tələblə çıxış etməyə məcbur edən arqumentləri də misal çəkib. Nazirlər Kabineti rəhbərinin sözlərinə görə, söhbət Rusiya qoşunlarının Xerson vilayəti ərazisində növbəti terror aktı törətməyə hazırlaşmasından gedir.
 
Şmıxal vurğulayıb ki, Rusiya Silahlı Qüvvələri Kaxovskaya SES-in su bəndini partlatsa, bu, minlərlə qurbana və onlarla yaşayış məntəqəsinin su altında qalmasına səbəb olacaq, şəhər və kəndlər su altında qalacaq.
Link kopyalandı!
Son xəbərlər