Mahir Abbaszadə Zəngilan aeroportunun əhəmiyyətindən DANIŞDI
Cəmiyyət
5048
21 Oct 2022 | 14:08

Mahir Abbaszadə Zəngilan aeroportunun əhəmiyyətindən DANIŞDI

"Azərbaycan bir çox layihələrin təşəbbüskarı olub. Onlardan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, Bakı-Tbilisi-Ərzurum qaz xəttini, TANAP və TAP layihələrini göstərə bilərik".
 
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Mahir Abbaszadə deyib.
 
O bildirib ki, Azərbaycanın müəllifi olduğu bu layihələr tək ölkəmizin inkişafı nöqteyi-nəzərindən deyil, həm də bölgənin inkişafı baxımından müsbət rol oynayır:
 
"Azərbaycanın beynəlxalq yükdaşımalara qoşulması qarşımızda duran əsas məqsədlərin həyata keçirilməsi üçün vacibdir. Ötən gün Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılması gələcəkdə bölgənin inkişafına müsbət təsir göstərəcək. Zəngilan Beynəlxalq Hava Limanını planlaşdırılan Zəngəzur dəhlizinin Azərbaycan tərəfindən başlanğıc hissəsində yerləşir. Hesab edirəm ki, bu hava limanı gələcəkdə bölgənin iqtisadi inkişafını artırmaq, bölgədə nəqliyyat dəhlizlərindən istifadə etməklə yükdaşımaların artırılması baxımından mühüm hadisədir. Vaxtilə Azərbaycanın müəllifi olduğu TANAP və TAP layihələrinin həm perspektivliyi, həm də inkişafı baxımından mənfi rəy bildirənlər indi onun müsbət maraqlarından yararlanmaqdadır. Ola bilsin Zəngəzur dəhlizi ilə bağlı da müəyyən belə fikirlər olsun. Amma zaman gələcək, tarix sübut edəcək ki, Prezident İlham Əliyevin rəhbərliyi və ideya müəllifi olduğu bu xətt təkcə Azərbaycanın deyil, həm də bölgənin inkişafının müsbət məqamlarını üzərində daşıyır".
 
Link kopyalandı!
Son xəbərlər