Rusiya Donetski atəşə tutub, 4 dinc sakin ölüb, 12-si yaralanıb
4391
19 Oct 2022 | 10:59

Rusiya Donetski atəşə tutub, 4 dinc sakin ölüb, 12-si yaralanıb

Rusiya Silahlı Qüvvələrinin son sutkada Ukraynanın Donetsk vilayətinin Kuraxovo, Baxmut, Kurdyumovka və Seversk yaşayış məntəqələrini atəşə tutması nəticəsində 4 dinc sakin ölüb, 12-si yaralanıb.
 
“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə vilayətin Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.
 
Onun sözlərinə görə, Ukraynanın Liman şəhərinin Rusiyanın işğalı altında olan zaman öldürülən səkkiz dinc sakinin isə meyiti aşkarlanıb.
 
Belə ki, işğal dövründə Rusiya hərbçiləri tərəfindən Donetskin Liman və Svyatoqorsk şəhərlərindəki yaşayış binalarının 90 faizi dağıdılıb. Ümumilikdə, vilayət üzrə müharibə nəticəsində 1 046 dinc sakin öldürülüb, 2 436 nəfər isə yaralanıb. Bu statistik göstəricidə Mariupol və Volnovaxedəki qurbanlar nəzərə alınmayıb.
 
Ukraynanın Zaporojye vilayətinin hərbi administrasiyasının başçısı Aleksandr Staruxun sözlərinə görə, Rusiya yaşayış məntəqələrindən birinə “S-300” kompleksindən raket atması nəticəsində mülki obyektlərdən birində yanğın baş verib.
 
Ukraynanın Enerqodar şəhərinin başçısı Dmitri Orlov bildirib ki, Rusiya hərbçiləri bütün gecə və səhər saatlarında regionun sənaye obyektlərini və mülki binaları atəşə tutub. Onun sözlərinə görə, şəhər şurası icraiyyə komitəsinin binasına və elektrik yarımstansiyasına ziyan dəyib. Başçı həmçinin şəhərdə içməli su qıtlğının yarandığı barədə məlumat verib.
Link kopyalandı!
Son xəbərlər