Bizi sosial şəbəkələrdən izləyin:
Əməkdar artist Nigar Şabanova 6 ay əvvəl boşandığı hərbçi həyat yoldaşından şiddət gördüyü barədə açıqlama verib.
Sənətçi bu haqda "Kanal S"də yayımlanan "Xeyirli axşamlar" verilişində danışıb.
"Mən həqiqətən sevmişəm, qarşımdakı yalançı olsun, fırıldaq olsun, kim olur olsun, fərq etmir… Şiddətə rəğmən, nəyə rəğmən olur olsun… Azərbaycan qadını deyilən obraz var, müəyyən bir yerə qədər məcbursan. Cəmiyyətin fikri artıq mənim üçün önəmli deyil. Bu gündən sonra mənə nə xoşdursa, onu yaşayacağam. İstər mənə yaxşı desinlər, istər pis", - deyə, Şabanova qeyd edib.
İfaçı bundan sonra özəl həyatı barədə açıqlama vermək istəmədiyini də vurğulayıb.
Xatırladaq ki, Nigar Xüsusi Təyinatlı Qüvvələrin giziri Xəyyam Qaragözovla evli idi.