Peyvənd olunanların sayı açıqlanıb
Cəmiyyət
3811
16 Oct 2022 | 17:01

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son gündə koronavirus əleyhinə 606 vaksin vurulub.
 
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
 
Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 148, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 201, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 228, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 29 nəfərdir.
 
Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 902 789 təşkil edir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər