“Makron Rusiyanın Ermənistanda yerləşən bazalarının oradan çəkilməsi və onun yerinə NATO-nun hansısa qüvvələrinin Ermənistanda yerləşdirilməsi siyasətini yeritmək istəyir”
“Ağıllı siyasətçi belə sözlərdə, belə söhbətlərdə diqqətli olmalıdır. Necə yəni Qarabağ Azərbaycanın deyil? Azərbaycanı sən necə separatçı ölkə kimi qələmə verə bilərsən axı?! Sən bunu hansı cürətlə deyə bilərsən?! Bu sözləri demək əlbəttə ki, Makronun “səviyyə” sini bir daha göstərdi!”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Siyavuş Kərimi deyib. O daha sonra əlavə edib.
“Makronun bu dediklərini həm də başqa cür dəyərləndirmək lazımdır. O həm də Rusiyaya qarşı danışıb. Rusiyanın Ermənistanda yerləşən bazalarının ordan çəkilməsi və onun yerinə NATO-nun hansısa qüvvələrinin Ermənistanda yerləşdirilməsi siyasətini yeritmək istəyir. Amma bunlar hamısı xülyadır! Onu bilmək lazımdır ki, Rusiya heç vaxt oradan gedən deyil. Bunu Makron nə qədər deyirsə-desin, bu əhəmiyyətsizdir” deyə sənətkar bildirib.
Faiq Sücəddinov isə bildirib ki, Makronun Azərbaycan haqda dedikləri əsassızdır və cəfəngiyyatdır.
“ATƏT-in Minsk qrupu bizim üçün heç bir şey etmirdi, gəlib yeyib-içib, istirahət edib gedirdi. Bu gün Fransada çox böyük erməni diasporası var. Ermənistanda heç 2 milyon adam yoxdur, onlar bütün dünyaya səpələniblər. 30 il torpaqlarımız erməni tapdağı altında olanda Makron niyə danışmırdı? Səsi də heç çıxmırdı! Məhz müharibədən, bizim qələbəmizdən sonra bunlar dirçəliblər, deyirlər ki, “Qarabağ Ermənistanındır, vay erməniləri Qarabağda qırırlar”. Bir-iki dənə qır-qırıntı var, onlar da Xankəndindən çıxacaqlar, çünki Qarabağ Azərbaycanındır. Biz o torpaqları öz qanımızla, canımızla işğaldan azad etmişik” deyə sənətkar bildirib.
Xalq artisti müharibə dönəmində və müharibədən sonra bir sıra əsərlər qələmə aldığını bildirib
“Mən müharibə za¬manı 17 musiqi bəstələmişəm. İkinci Qara¬bağ müharibəsindən sonra yazdığım “Zəfər” simfonik poemam qələbəmiz haqqında yazı¬lan ən böyük əsərdir. “Zəfər” simfonik poeması üzərində işləyəndə Azərbaycanın gələcəyi naminə canlarından keçən, əsl qəhrəmanlıq, rəşadət və qorxmazlıq nümunəsi olan igid övladla¬rımızın şücaəti gözümün önündə canlanır¬dı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yara¬lı hərbçilərimizə şəfa versin. İllər öncə bəstələdiyim “Vətəndən pay olmayır” mahnısı uzun illər keçməsinə baxmayaraq, hələ də öz aktuallığını itirmir” deyə sənətkar bildirib.