Tokayev: “Sərhəd məsələsinin həll olunmaması sabitliyi pozan amildir”
Cəmiyyət
4265
14 Oct 2022 | 18:29

Tokayev: “Sərhəd məsələsinin həll olunmaması sabitliyi pozan amildir”

“Sabitliyi pozan amillərdən biri də regionun ayrı-ayrı ölkələri arasında sərhəd məsələsinin həll olunmamasıdır”.
 
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya-Mərkəzi Asiya sammitində deyib.
 
Onun sözlərinə görə, sərhəd məsələsi sülh yolu ilə, çoxəsrlik dostluq, etimad, mehriban qonşuluq ruhunda, həmçinin beynəlxalq hüququn prinsiplərinə və BMT Nizamnaməsinə ciddi riayət etməklə həll edilməlidir.
 
Qazaxıstan Prezidenti vurğulayıb ki, müasir dünyada informasiya məkanında neqativ halların qarşısının alınması məsələsində qarşılıqlı fəaliyyətin əhəmiyyəti artır: “Belə ki, nifaq salmaq cəhdlərinin qarşısını almaq üçün aidiyyəti idarələr və ictimai təşkilatlar daha sıx əməkdaşlıq etməli, araşdırmaları daha fəal aparmalıdır. Təəssüf ki, bəzi ölkələrdə dövlət başçılarına qarşı təxribat xarakterli bəyanatlar, əsassız ittihamlar səslənir. Bu da təbii ki, əməkdaşlığımıza zərbə vurur”.
Link kopyalandı!
Son xəbərlər