Bizi sosial şəbəkələrdən izləyin:
Oktyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Cadenza orkestrinin (Cadenza Contemporary Orchestra) tələbələrlə interaktiv konsert-görüşü keçirilib.
Konsertdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorekorlar, pofessor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Konsert proqramında iştirakçılara Volfqanq Amadeus Mozart “ Kiçik bir axşam musiqisi”, Qara Qarayev “Qızlarınrəqsi”, Alfred Şnitke “Tango”, Ərtoğrol Cavidin “Çal, oyna!”, “Zəngəzur dağlarında”, “Batabat yaylaqlarında”, Xəyyam Mirzəzadənin “Miniatürlər”, Dmitri Şostakoviçin “Vals-zarafat”,Üzeyir Hacıbəylinin “Cəngi”əsərləri ifa olunub.
Orkestrin müxtəlif əsərləri birləşdirərək ərsəyə gətirdiyi proqram tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. ADNSU-nun rektoru, professor M.Babanlı konsert proqramına görə Cadenza orkestrina təşəkkürünü bildirib və belə görüşlərin təkrarlanacağına ümidvar olduğunu bildirib.
Qeyd edək ki, 2021-ci ildən fəaliyyətə başlayan Cadenza orkestri bu günə qədər 11 konsert keçirib və bu konsertlərdə əksəriyyəti ilk ifa olmaqla 50-dən çox əsər səslənib. 12 aprel 2022-ci il tarixində Cadenza orkestri yeni layihəyə start verib. Layihə çərçivəsində 12 aprel tarixindən etibarən 33 orta təhsil məktəbində interaktiv konsert-görüşlər keçirilib. Ali təhsil müəssisələri arasında isə ilk interaktiv konsert ADNSU-da baş tutub.