Cəmiyyət
3995
12 Oct 2022 | 11:56

"Putin küncə sıxışdırılıb və  buradan yeganə çıxış yolu nüvə düyməsidir..."

"Putin nəzarəti itirir: "müharibə partiyası" nə etməyi ona diktə edir"
 
"Dünya birliyi növbəti dəfə Ukraynaya dəstəkdə sıx birləşib..."
 
"Putinin cavab tədbirləri onun gücü əvəzinə, gücsüzlüyünü nümayiş etdirib..."
 
"Putin öz müttəfiqlərinin girovuna çevrilib, onlar isə daha çox dağıntı və qan tələb edir..."
 
Ukrayna şəhərlərinin atəşlərə məruz qalması, həlledici mülki infrastrukturun zədələnməsi və onlarla dinc sakinin ölümü Rusiya televiziyasında və müharibəyönümlü Telegram-kanallarda dəstək dolu şərhlər doğurub.
 
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşrində dərc edilən analitik məqalədə deyilir.
 
Dövlət televiziyası Kiyevin mərkəzində tüstü burumlarını və təlaşı, həmçinin mağazaların boş piştaxtalarını göstərib, bir neçə ay sürəcək şaxtalar vəd edən uzunmüddətli proqnozlar səsləndirib.
 
"Deyəsən, başlandı", - dövlət televiziyasında aparıcı tok-şoularının birində Olqa Skabeyeva Vladimir Putinin Riusiyanın Ukraynada hələ "ciddi olaraq heç nə başlamadığı" barədə eyhamına işarə vuraraq deyib.
 
Lakin Ukrayna şəhərlərinə endirilən raketlər yağışı, çətin ki, böyük hərbi məna kəsb etsin, bunu hərbi ekspertlər deyir. Ukrayna təslim olmaq niyyətində deyil, üstəlik, Ukrayna Silahlı Qüvvələri cənubda və şərqdə əkshücumları zamanı uğurla yeni-yeni yaşayış məntəqələrini azad edir.
 
Dünya birliyi növbəti dəfə Ukraynaya dəstəkdə sıx birləşib. ABŞ prezidenti Co Bayden Kiyevə yeni HHM tədarükü vəd edib, "Böyük yeddilik" ölkələrinin oktyabrın 11-də növbədənkənar müşavirəsində yeni hərbi yardım paketi müzakirə ediləcək. Üstəlik, Britaniya kəşfiyyatının rəhbəri Ceremi Flemminqin sözlərinə görə, Moskvanın döyüş sursatlatı bitmək üzrədir.
 
"Rusiyanın qüvvələri tükənib. Məhbuslardan qüvvələri gücləndirmək üçün istifadə edilməsi, indi də on minlərlə təcrübəsiz çağırışçıların səfərbər edilməsi çarəsiz durumdan xəbər verir, - KİV-lər onun sözlərindən iqtibas gətirir. - Rusiya əhalisi də bunu anlamağa başlayıb. Onlar Putinin vəziyyəti nə qədər pis dəyərləndirməsini görürlər".
 
Son həftələr Rusiyanın Ukraynada uğursuzluqları ilə bağlı Putinə təzyiq və hərbi rəhbərliyin tənqidi o dərəcədə güclənib ki, Çeçenistan rəhbəri Ramzan Kadırov və "Vaqner" özəl hərbi şirkətin yaradıcısı Yevgeni Priqojin kimi Kremlə yaxın fiqurlar açıq şəkildə müdafiə nazirliyi və ayrı-ayrı hərbi komandirləri döyüş meydanında uğursuzluqlara görə ittiham etməyə başlayıb. Bu ittihamlar dolayısı ilə son zamanlar sərt və güclü lider obrazı sönən Putinə də toxunub.
 
Putin hərbi əməliyyatların dağıdıcı eskalasiyası ilə, görünür, qismən bu tənqidlərə cavab vermək, bir az da olsa, rusiyalı hərbçilərin döyüş meydanındakı alçaldıcı uğursuzluqlarından hiddətə gələn sərt xətt tərəfdarlarını sakitləşdirmək niyyətində olub.
 
"Bu, hər şeydə öncə, daxili siyasi baxımdan vacibdir, - rusiyalı politoloq və Putinin sabiq spiçrayteri Abbas Qallyamov "New York Times" qəzetinə müsahibəsində deyib. - Hakim zümrəyə nümayış etdirmək lazım olub ki, Putin hələ də nəyəsə qadirdir, ordu hələ də nəyəsə gərəkdir".
 
"Cavab tədbirləri gücü nümayiş etdirmək əvəzinə, gücsüzlüyü göstərib, - Qallyamov deyib. - Ordu daha heç nə edə bilməz".
 
Bu fikri R.Politik müstəqil analitik mərkəzin təsisçisi  Tatyana Stanovaya da bölüşür, "Associated Press" ondan iqtibas gətirib.
 
"Putinin təşəbbüsü zəifləyir və o, getdikcə şəraitlərdən və onun üçün Ukraynada "qələbə" düzəldənlərdən asılı olur", - o, belə yazıb.
 
Zərbələrdən sonra
Rusiyanın bəzi ən sərt "quzğunları" bəyan edib ki, hərbçilər, nəhayət, öz işini görüb. Bu yaxınlaradək ordu rəhbərliyini "səriştəsizlikdə" pisləyən Ramzan Kadırov özünün Telegram-kanalında bəyan edib ki, indi o, "hərbçilərin hərəkətlərindən 100 faiz razıdır".
 
Moskva tərəfindən kresloya əyləşdirilən Krımın qubernatoru Sergey Aksyonov zərbələri "yaxşı xəbər" adlandırıb.
 
"Putin zərbələri ilk növbədə Krım körpüsünün partladılması kimi  Ukraynanın "terror aktları"na cavab adlandırıb, bununla da gələcəkdə Ukraynanı Rusiya ərazisinə hücumlardan çəkindirmək üçün birdəfəlik aksiya olduğunu anladıb. Təhlükəsizlik Şurasının iclasının əvvəlində milli televiziya ilə çıxışında Putin vurğulayıb ki, zərbələr hərbçilərin təşəbbüsü ilə endirilib, bu da açıq-aşkar onun hərbi əməliyyatları təkbaşına planlaşdırması barədə iddiaları təkzib etməyə cəhd olub.
 
"Əgər ərazimizdə terror aktlarına cəhdlər davam edərsə, Rusiyanın tədbirləri sərt olacaq. Buna kimsənin şübhəsi olmamalıdır".
 
Öz nitqində Putin daha bir xətaya yol verib, o, Krım körpüsündə və başqa güman edilən Ukrayna hücumlarında nəticə etibarilə Qərbin adını çəkməyib, bu da Kremlin Vaşinqton və Londonun Ukraynanın arxasında dayanması kimi tipik ritorikasından geri çəkilməsidir.
 
Bu dəyişikıik Rusiya liderinin müharibənin eskalasiyasında və NATO ilə birbaşa münaqişəyə təhrik etmək niyyətində olmadığı barədə mümkün siqnal olub, bunu "The New York Times" yazıb.
 
Lakin analitiklər deyir ki, Rusiya prezidenti öz müttəfiqlərinin Ukraynada kampaniyanın necə cərəyan etməsi barədə baxışlarının girovuna çevrilir, onlar isə daha çox dağıntı və qan tələb edir.
 
"Məğlubiyyət qorxusu o qədər güclüdür ki, hazırda o, bu hərbi avantüraya qərq olub, Putinin qətiyyətsizliyi və "biz hələ heç nəyə başlamamışıq" və "çəkindirmə taktikası öz bəhrəsini verib" məntiqi ilə birgə problemə çevrilib", - Stanovaya deyir.
 
Rusiyalı politoloq və London Universitet kollecinin baş elmi əməkdaşı Vladimir Pastuxov deyir ki, eskalasiya Putinin "öz intuisiyasına ziddir" və
siyasətinin imkanlarını məhdudlaşdıraraq onu küncə sıxışdırır.
 
"Putinin bugünkü hərəkətləri ona yönəlib ki, bu küncdən çıxa bilsin, buradan yeganə çıxış yolu isə nüvə düyməsidir", - Pastuxov deyib.
 
Müəllif:  Aleksandra Appelberq
Link kopyalandı!
Son xəbərlər