“Səyyar qəbul otağı”nda Lerik sakinləri qaz təchizatı ilə bağlı müraciətlərini səsləndirdi
4003
11 Oct 2022 | 19:32

“Səyyar qəbul otağı”nda Lerik sakinləri qaz təchizatı ilə bağlı müraciətlərini səsləndirdi

“Xahiş edirik bizim həyətyanı sahədən keçən qaz xəttinin yerinin dəyişdirilməsinə köməklik edəsiniz”.
 
Bu müraciətlə Lerik şəhər sakinləri Həbibulla Vəliyev və Fəxrəddin Nuriyev “Açıq mikrofon” aksiyasında çıxış ediblər.
 
“Səyyar qəbul otağı"nda səslənən müraciətlərdən 5-i Küsəkəran kənd sakinlərinə aid olub. Adları çəkilən müraciətçilər yaşadıqları kəndin qazlaşmasını istəyiblər. Aqil Şiriyev isə bu cür aksiyanın təşkilinə görə SOCAR rəhbərliyinə təşəkkürünü bildirərək yaşadığı Lerik rayonunun Almu kəndinin gələn ilin qazlaşdırma proqramına daxil edilməsini xahiş edib. Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.
Link kopyalandı!
Son xəbərlər