Vəsiqələrin verilməsinə görə ödənişin məbləği müəyyənləşdi
3741
11 Oct 2022 | 15:23

Vəsiqələrin verilməsinə görə ödənişin məbləği müəyyənləşdi

Jurnalist vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə ödənişin məbləği 20 manat təşkil edəcək.
 
Moderator.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında qərarında əksini tapıb.
 
Sənəddə bildirilib ki, vəsait jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə Medianın İnkişafı Agentliyin bank hesabına edilən ödənişlər hesabına formalaşdırılacaq.
 
Link kopyalandı!
Son xəbərlər