Bizi sosial şəbəkələrdən izləyin:
"Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən önəmli iqtisadi tərəfdaşıdır və xüsusilə dünyada enerji böhranın yaşandığı bir dövrdə Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından dəstəyi və yaxın gələcəkdə Azərbaycanın Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq içində olacağına işarə edir."
Bunu Moderator.az -a millət vəkili Nurlan Həsənov deyib.
"Bu eyni zamanda Avropa İttifaqı ilə münasibətlərin yalnız enerji sahəsində əməkdaşlıqla kifayətlənməyəcəyini göstərir. Çünki təmasların artması, qarşılıqlı etimadın güclənməsi həm cənab Prezident İlham Əliyev tərəfindən və Avropa İttifaqı rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir və bu mahiyyət baxımından Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələnin başlanması deməkdir. Praqa görüşü həmdə Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması və sülh müqaviləsinin imzalanması istiqamətində işlərin sürətləndirilməsi baxımından uğurlu keçdi. Çünki Ermənistanın beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıması həm də Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanıması deməkdir. Bu isə Praqa görüşündə əldə edilmiş böyük diplomatik uğurdur.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması prosesisində Avropa İttifaqınının tərəf tutmadan ədalətli yanaşması önəmlidir və Azərbaycan bunu alqışlayır."