Cəmiyyət
3596
05 Oct 2022 | 13:32

"Şimal axınları"ndakı terror aktı Avropa üçün 11 sentyabra çevrilib..."

"Boru kəmərlərində törədilən diversiya aktları məhz Almaniya üçün çox ciddi nəticələrə gətirib çıxaracaq..."
 
"Avropa təbii qaza olan tələbatının 30 faizindən çoxunu Rusiyanın hesabına təmin edib..."
 
"Avropanın Rusiyadan idxal etdiyi təbii qazın təxminən yarısı Almaniya tərəfindən istehlak edilir..."
 
"Berlin iki radikal seçim qarşısında qalıb..."
 
"Şimal axınları"ndakı sabotaj onsuz da ağır olan energetika böhranını bir qədər də gücləndirib və Avropa üçün yeni 11 senryabra çevrilib. Ən çox ziyan çəkən Almaniya olacaq, hərçənd, yaranmış vəziyyətdən onun iki çıxış yolu var.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" nəşri yazıb.
 
Rusiya-Ukrayna hərbi münaqişə başlanandan Avropa ölkələri energetika təhlükəsizliyinin təmin edilməsi kimi ciddi problemlə üzləşib. Ötən həftə "Şimal axını-1" və "Şimal axını-2" boru kəmərlərində sızmalar bu problemi təkcə enerjiyə ehtiyacı olan oyunçular nöqteyi-nəzərdən deyil, həm də enerji tədarük edənlər üçün daha da pisləşdirib. Bu zaman bu sızmaların sabotaj aktı olması barədə möhkəm əminlik vəziyyəti daha da mürəkkəbləşdirib.
 
"Sızmalar nəticəsində "Şimal axınları" ilə təbii qazın verilməsinin tamamilə dayandırılması və dəyən ziyanın miqyasından asılı olaraq bu marşrutların tamamilə ləğv edilməsi Avropada ən iri iqtisadiyyata malik,  ən sıx məskunlaşan ölkələrdən biri və Rusiya qazından ən çox asılı olan Almaniya üçün çox ciddi nəticələrə gətirib çıxaracaq. Rusiya ilə Ukrayna arasında hərbi münaqişə ucbatından Almaniyanın onsuz da quru yolla qaz tədarükü imkanlarını xeyli azaldıb, son hadisələr isə onun mavi yanacağı həm də dəniz vasitəsilə almaq şanslarından məhrum edir və sual doğurur: "Almaniya üçün 11 sentyabr yetişib?"
 
"Şimal axınları" kimləri narahat edir?
 
Bu gün biz Avropa ölkələrini üç qrupa bölə bilərik: Rusiyanın təbii qazından yüksək dərəcədə, məhdud dərəcədə və tamamilə asılı olanlar.
Cənubi Avropanın İtaliya, İspaniya, Portuqaliya və Fransa kimi ölkələrin Rusiyanın mavi yanacağından asılılığı kifayət qədər məhduddur. Baltikyanı və Şərqi Avropanın bəzi ölkələri, məsələn, Finlandiya, Latviya, Litva, Çexiya və Slovakiya Rusiya qazından, demək olar ki, 100 faiz asılıdır. Nəhayət, Mərkəzi Avropa ölkələrindən Almaniya, Polşa və Mavarıstanın asılılığı təxminən 40-50 faiz təşkil edir.
 
Avropa təbii qaza olan tələbatının 30 faizindən çoxunu Rusiyanın hesabına təmin edib. Rusiyanın mavi yanacağının təxminən 60 faizi Ukraynanın ərazisindən keçən boru kəmərləri vasitəsilə ötürülüb. Bunula əlaqədar olaraq bu ölkə Avropanın energetika tələbatlarının ödənilməsində həlledici tranzit ölkə olub. Rusiyanın mavi yanacağının birbaşa Avropaya ötürülməsi üçün nəzərdə tutulan "Şimal axını-1" və "Şimal axını-2" qaz kəmərləri Ukraynadan sonra enerjidaşıyıcılarının Avropaya ən mühüm marşrutları olub. 2010-cu illərdə tikilməyə başlayan bu iki xəttin birgə gücü ildə 110 milyard kub metr təşkil edib.
 
2000-ci illərin əvvəllərindən Rusiya ilə Şərqi Avropa ölkələri arasında yaranan gərginliklə bağlı bütün Avropanın və xüsusilə Almaniyanın energetika təhlükəsizliyi nöqteyi-nəzərdən risklərin aradan qaldırılması üçün tikilən "Şimal axınları"nın əsas məqsədi təbii qazın Rusiyadan birbaşa Almaniyaya nəql edilməsi olub. Bu xətlərin tikintisinin gedişində Qərb blokunun aparıcı ölkələri və ilk növbədə ABŞ-dan Almaniya hökumətinin ünvanına kəskin bəyanatlar daxil olub. Üstəlik, London administrasiyası bu dövrdə Rusiyanın təbii qazından asılı olan ölkələri "izqoy" adlandırıb.
 
Çətin zamanlar gələcək
 
Bu gün Almaniya, demək olar ki, ikinci dünya savaşından sonra ən ağır dövrünü yaşayır. Rusiya-Ukrayna münaqişəsi səbəbindən Avropada enerji qıtlığı ən çox Almaniya iqtisadiyyatına zərbə vuracaq. Bu gün üçün Avropanın Rusiyadan idxal etdiyi təbii qazın (100 milyard kub metr) təxminən yarısı Almaniya tərəfindın istehlak edilir. Beləliklə, Avropada energetika təhlükəsizliyi üçün yaranan təhlükə ən çox məhz bu ölkəyə zərbə vuracaq.
 
Son hadisələrlə bağlı 4, 2 trilyon dollar ÜDM-i ilə dünyanın dördüncü iqtisadiyyatı və Avropa İttifaqının iqtisadi sahədə lideri olan Almaniya yaxınlaşan qış şəraitində həm ölkə vətəndaşlarının tələbatının ödənilməsi, həm də ölkənin iqtisadi potensialının qorunub saxlanılması üçün zəruri olan etibarlı enerji mənbəyindən məhrum olub. Bu baxımdan, baxmayaraq ki, diversiya aktı Rusiyanın təbii qazının nəqlində mühüm marşrutda törədilib, bu marşrutun tam bağlanması Almanıyaya düzəlməz zərər vuracaq.
 
Bu hücumun kimlərin törədə biləcəyinə gəldikdə, Kremlin təbii qaz axınının dayandırılmasına gətirib çıxaracaq bu hadisələrdə maraqlı olmamasının aşkarlığı bunun Rusiya tərəfindən törədilməsi ehtimalını azaldır. Axı, Rusiya üçün səmərəli xarici siyasət aparılması məqsədilə mavi yanacağın verilməsini tamamilə kəsmək deyil, ondan təzyiq rıçağı kimi istifadə etmək gərəkdir. Lakin törədilən diversiya bu rıçaqı aradan qaldırmalı olub.
 
Berlini gözləyən çətin seçim
 
Bu gün Rusiya-Ukrayna münaqişəsi, Ukrayna ərazisində baş verməsinə rəğmən, öz nəticələrinə görə Almanyaya dərin yaralar vurur. Bu, ikinci dünya savaşından sonra Almaniyanın təhlükəsizliyinə böyük təhlükə demək olacaq. Hər şeydən göründüyü kimi, 1945-ci ildən sonra Almaniyanın öz təhlükəsizliyini etibar etdiyi ABŞ kimi müttəfiqlər, NATO kimi təşkilatlar, mümkündür ki, qəsdən onun təhlükəsizliyini qorumur.
 
"Şimal axınları"nda sabotaj həm Avropanın, həm də Almaniyanın təhlükəsizliyini təmin edən yeni mexanizmlər və strukturlara tələbatın olduğunu əyani şəkildə nümayiş etdirir. O cümlədən, iqtisadi rifahı və sənaye potensialı ən mühüm ticarət və energetika yollarından asılı olan, bu zaman bu mühüm yolları öz vasitələri ilə mühafizə etmək imkanı olmayan Almaniya diversiyalardan sonra radikal seçim qarşısında qalıb. Burada biz Almaniya üçün iki müxtəlif ssenari barədə danışa bilərik: Rusiya ilə münasibətlərdə daha ölçülüb-biçilmiş siyasətə keçmək, bu da Qərbin Rusiya əleyhnə blokunda çatlar yaradacaq; yaxud silahlanma hesabına özünün təhlükəsizliyinin təmin etmək qabiliyyətini əldə etmək. Hər iki variant Almaniya və bütün dünya üçün xeyli risklər deməkdir.
 
Müəllif: Nəcməttin Acar
Link kopyalandı!
Son xəbərlər