Axtarışa verilən sabiq icra başçısı həbs edildi
3740
04 Oct 2022 | 17:22

Axtarışa verilən sabiq icra başçısı həbs edildi

Qubadlı rayonunun sabiq icra başçısı Elxan Nuriyev Polşada həbs edilib.
 
“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Azərbaycan tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 1962-ci il təvəllüdlü Elxan Piri oğlu Nuriyev Polşada tutulub. Hazırda Ukrayna vətəndaşı olan sabiq icra başçısının Azərbaycan CM-nin 120 və 309-cu maddələri ilə ittiham edildiyi və barəsində məhkəmə tərəfindən həbs qərarının çıxarıldığı bildirilib.
 
Qeyd edək ki, 1992-ci ildə mərhum Prezident Əbülfəz Elçibəyin fərmanı ilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Gəncə qiyamından bir müddət sonra yenidən Ukraynaya qayıdıb. O, 22 avqust 1993-cü ildə Qubadlı RİH başçısı vəzifəsindən azad edilib.
 
Bir neçə il əvvəl Ukrayna prezidenti Petro Poroşenkonun sərəncamı ilə Ukrayna təhsil nazirinin müşaviri və Ukrayna rektorların attestasiya komissiyasının sədri vəzifəsinə təyin olunub.
 
Link kopyalandı!
Son xəbərlər