USAID: “Azərbaycan qlobal insan alveri problemi ilə mübarizəyə töhfəsini verir”
Cəmiyyət
3300
04 Oct 2022 | 11:07

USAID: “Azərbaycan qlobal insan alveri problemi ilə mübarizəyə töhfəsini verir”

“İnsan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün 4-cü Milli Fəaliyyət Planı”nın icrası bu problemlə mübarizədə Azərbaycanın töhfəsini verir və qətiyyətini göstərir”.
 
“Report” xəbər verir ki, bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Maykl Nirbas insan alverinə qarşı mübarizə mövzusunda keçirilən konfransda deyib.
 
“İnsan alverinə qarşı mübarizədə əldə etdiyi nailiyyətlərə görə Azərbaycanı təbrik edirəm”, - o bildirib.
 
M.Nirbas bu problemlə mübarizədə özəl şirkətlərin də mühüm rol oynadığını, Azərbaycan hökuməti və USAİD ilə əməkdaşlıq etdiyini söyləyib.
 
Missiya rəhbəri vurğulayıb ki, ABŞ insan alverinin beynəlxalq və qlobal problem olduğunu hesab edir, buna görə də USAID bu məsələdə digər ölkələrlə əməkdaşlıq etməyə və onlara dəstək verməyə hazırdır.
Link kopyalandı!
Son xəbərlər