Müharibə başlayır? - AÇIQLAMA
Cəmiyyət
5293
30 Sep 2022 | 19:47

Müharibə başlayır? - AÇIQLAMA

Ermənistan bir tərəfdən, sülh müqaviləsi imzalamaqdan bəhs edir, digər tərəfdən müharibə hazırlılğı da görür. Qarşı tərəfdən səslənən fikirlər də bunu deməyə əsas verir.
 
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan Qeqarkunik rayonunun Kut kəndində Ermənistanda akkreditə olunmuş səfirlərlə görüşündə Ermənistanın suveren sərhədlərinin bərpası ilə bağlı aydın və konkret sərəncam olduğunu deyib. Onun sözlərinə görə, Silahlı Qüvvələrin vəzifəsi Ali Baş Komandanın əmrini yerinə yetirməkdir: "Biz məqsədlərimizə çatmaq üçün hər şeyi edəcəyik".
 
Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, ermənilər bu əmrləri iki il əvvəl də almışdılar:
 
“Qarabağ seperatçıları da belə və daha ağır əmrlər almışdılar. Amma bu əmrlərin yerinə yetirilməsi səsləndirilməsi ilə həyata keçmir. Bunun üçün real güc balansını iddialı tərəf öz xeyirinə dəyişməyi bacarmalıdır".
 
Onun sözlərinə görə, bundan başqa, ordunun mənəvi-psixoloji və döyüş hazırlığı vəziyyəti üstün hərbi potensialı qələbəyə çevirməyi bacarmalıdır.
 
Hərbi ekspert deyib ki, Həm 44 günlük Vətən müharibəsinin, həm də ondan sonrakı dövrdə baş verən hadisələrdən əldə edilən təcrübə onu göstərir ki, səslənən bu fikirlər növbəti pafostan başqa bir şey deyil: "Biz dəfələrlə belə bəyanatlar səsləndirən erməni generallarının döyüş meydanından dovşan kimi necə qaçdığının şahidi olmuşuq. Bu, çox da qədimlərə dayanmır, yeni tarixdir. Erməni generallar belə bəyanatlar səsləndirəndə çevrilib ən azından son iki ildə baş verənlərə diqqət yetirsinlər. Azərbaycana qarşı törədilən istənilən təxribat və ya bu yönümlü bəyanat tez zamanda cəzasını tapır”.
Link kopyalandı!
Son xəbərlər