AMEA-nın strukturunun ləğvi və yenidən təşkili prosesinə başlanıldı
3387
29 Sep 2022 | 13:12

AMEA-nın strukturunun ləğvi və yenidən təşkili prosesinə başlanıldı

Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun ləğvi və yenidən təşkili prosesinə başlanılıb. AMEA Rəyasət Heyətinin strukturunun yenidən təşkili ilə bağlı əməkdaşlarla xəbərdarlıq müqaviləsi imzalanıb.
 
AMEA-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, iki, dörd, altı həftəni əhatə edən bu xəbərdarlıq müddətləri bitdikdən sonra ştat vahidləri ləğv olunacaq.
 
AMEA-nın strukturu yenidən təşkil olunacaq. Hazırda yeni strukturun layihəsi və yeni Nizamnamə barədə təklif Nazirlər Kabinetinə təqdim edilib. Nizamnamənin təsdiqindən və Ümumi yığıncaqda qəbul edilməsindən sonra əməkdaşların bir hissəsi yenidən işə bərpa olunacaq.
 
Link kopyalandı!
Son xəbərlər