Azad edilmiş ərazidən azərbaycanlı ailənin meyiti tapılıb - ADLAR
Cəmiyyət
5836
29 Sep 2022 | 11:20

Azad edilmiş ərazidən azərbaycanlı ailənin meyiti tapılıb - ADLAR

Ukraynanın Xarkov vilayətinin işğaldan azad edilən Çuquyev rayonu ərazisində azərbaycanlı ailənin meyitləri aşkarlanıb.
 
"Report"un Şərqi Avropa bürosunun Xarkov vilayətində olan əməkdaşının məlumatına görə, 45 yaşlı Əlişir Nurullayev, onun həyat yoldaşı və azyaşlı övladının meyitləri tanınmaz halda tapılıb.
 
Hazırda Xarkov vilayətində yaşayan bir qrup həmyerlimiz azərbaycanlı ailənin meyitlərinin hissələrini oradan toplayaraq uyğun bir yerdə dəfn etməyə çalışırlar.
 
Hər üç meyit ərazi işğaldan azad olunana qədər dəfn edilməmiş qalıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər