Bizi sosial şəbəkələrdən izləyin:
Milli Məclisin deputatı,Azərbaycan-Küveyt parlamentlər arası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vahid Əhmədov Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı yeni təyin olunmuş səfiri Abdullah Məhəmməd Abdullah Almauid ilə görüşmüşdür.
Millət vəkili Vahid Əhmədov Abdullah Məhəmməd Abdullah Almauidini Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfir təyin olunması münasibətilə təbrik etmiş,ona fəaliyyətində uğurlar arzulamışdır.
Maraqlı və faydalı keçən görüşdə iki dövlətin parlamentlərinin dostluq qruplarının fəaliyyəti və gələcək planları barəsində ətraflı fikir mübadiləsi aparılmişdır.Məmnunluqla qeyd olunmuşdur ki,iki dövlət arasında təyyarə reysləri bərpa olunmuş,mütəmadi daşımalar həyata keçirilir.
İki dövlətin parlamentləri arasında faydalı əlaqələrin və səfərlərin intensivləşdirilməsi məsələsi də müzakirə mövzusu olmuşdur.Küveyt Dövlətinin səfiri ölkə prezidenti İlham Əliyev ilə görüşünü yüksək və baş tutan söhbəti faydalı qiymətləndirmişdir.İki dövlət arasında ,siyasi,iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsi,iş adamları və investorlar üçün münbit şəraitin yaradılması, əlaqələrin mütəmadi olması,investisiya qoyuluşu məsələsinin daha da təkmilləşdirilməsi barəsində fikirlər səsləndirilmişdir.Qarabağ probleminin həll edilməsində diplomatik səylərin daha da genişləndirilməsinin vacibliyi bir daha vurğulanmışdır.
Azərbaycan-Küveyt parlamentlər arası əlaqələr üzrə işçi qrupu ilə belə görüşlərin vaxtaşırı keçirilməsi barəsində razılığa gəlinmişdir.