Bizi sosial şəbəkələrdən izləyin:
Sentyabrın 28-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Mərkəzi Gömrük Hospitalında olub.
Hospitalın kollektivi ilə görüşən Şahin Bağırov tibb müəssisəsinin ölkəmizdə insan sağlamlığının qorunması, müalicəsi sahəsində əhəmiyyətli işlər gördüyünü, gömrük xidmətində çalışan heyətin tibbi müayinəsini peşəkarlıqla həyata keçirdiyini, eləcə də qısa zaman ərzində nümunəvi fəaliyyəti ilə nüfuz qazandığını bildirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sistemində aparılan islahatların bu sahənin sürətli inkişafı üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb, Mərkəzi Gömrük Hospitalının da bu istiqamətdə inkişaf etdiyi vurğulanıb.
Mərkəzi Gömrük Hospitalının pandemiya dövründə səmərəli fəaliyyəti və COVID-19 xəstələrinin müalicəsində tibbi personalın fədakar əməyi də yüksək qiymətləndirilib.
Şahin Bağırov gömrük sistemində həyata keçirilən işlərə uyğun olaraq Mərkəzi Gömrük Hospitalında xidmət səviyyəsinin daha da yüksəldilməsi, müasir müalicə texnologiyalarının öyrənilməsi və tətbiqi, kadrların potensialının gücləndirilməsi və toplanan təcrübənin bölüşülməsi ilə bağlı tövsiyələrini diqqətə çatdırıb.
Daha sonra hospitalın yeni inşa olunan korpuslarında aparılan tikinti işləri ilə tanış olan Şahin Bağırov müvafiq göstəriş və tapşırıqlarını verib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi