Sabah duman olacaq
Cəmiyyət
3840
27 Sep 2022 | 13:33

Sabah duman olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 28-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
 
Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19, gündüz 25-28, Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80% , gündüz 45-50% olacaq.
 
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq.
 
Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16, gündüz 25-30, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər