Son sutkada 35 nəfər COVID-19-a yoluxub
Cəmiyyət
4160
26 Sep 2022 | 16:52

Son sutkada 35 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında son sutkada koronavirus (COVID-19) infeksiyasına 35 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
 
Azərbaycanda indiyədək ümumilikdə 820 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 809 673 nəfər müalicə olunaraq sağalıb, 9 903 nəfər vəfat edib, aktiv xəstə sayı 1 282 nəfərdir.
 
Ölkədə son sutka ərzində 1 973, hazırkı dövrədək isə 7 238 737 test aparılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər