Media Reyestrinə informasiya agentliklərinin bu məlumatları daxil ediləcək
Cəmiyyət
4002
26 Sep 2022 | 16:16

Media Reyestrinə informasiya agentliklərinin bu məlumatları daxil ediləcək

Media Reyestrinə informasiya agentliklərinin hansı məlumatlarının daxil ediləcəyi açıqlanıb.
 
Moderator.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Media Reyestrinin aparılması Qaydaları”nda öz əksini tapıb.
 
İnformasiya agentliyinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) aşağıdakı məlumatları:
 
1. bu Qaydaların 7.1.1-ci yarımbəndinin 1–6-cı abzaslarında nəzərdə tutulmuş məlumatlar;
 
2. digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında bağladığı müqavilələr barədə məlumatlar;
 
3. onlar tərəfindən kütləvi informasiyanın dərc olunma və (və ya) yayımlanma üsuluna uyğun audiovizual media redaksiyası olduqda, bu Qaydaların 7.1.1-ci yarımbəndinin 7–9-cu abzasları, çap mediası redaksiyası olduqda 7.1.1-ci yarımbəndinin 7-ci və 7.1.2-ci yarımbəndinin 2-ci abzasları, onlayn media redaksiyası olduqda isə 7.1.3-cü yarımbəndinin 2-ci və 3-cü abzaslarında nəzərdə tutulmuş məlumatlar;
 
Jurnalistlərin aşağıdakı məlumatları:
 
1. jurnalistin soyadı, adı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları;
 
2. verilmiş jurnalist vəsiqəsi (o cümlədən olduğu halda əvvəllər verilmiş) haqqında məlumat (nömrəsi, verilmə tarixi, etibarlılıq müddətinin bitdiyi tarix);
 
3. jurnalistin əmək və ya mülki hüquqi müqaviləsi, habelə əmək fəaliyyəti haqqında ümumi məlumat;
 
4. fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalistin VÖEN-i;
 
5. jurnalistin ali təhsili haqqında məlumat;
 
6. jurnalistin məhkumluğunun olub-olmaması haqqında məlumat.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər