Ölkəyə qanunsuz 3 mindən çox balıq torunun gətirilməsinin qarşısı alındı - FOTO
Cəmiyyət
3179
24 Sep 2022 | 11:58

Ölkəyə qanunsuz 3 mindən çox balıq torunun gətirilməsinin qarşısı alındı - FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları tərəfindən Azərbaycana qanunsuz yollarla gətirilmiş 3 041 ədəd balıq toru aşkar edilib.
 
Bu barədə Moderator.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
 
Bildirilib ki. Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Çin Xalq Respublikasından ölkəmizə “Alclotho” MMC-nin ünvanına tekstil yükü gətirən 47 D 83510/47 D 83610 nömrəli yük avtomobili yoxlanılıb.
 
Bu zaman yük avtomobilində gömrük orqanına bəyan edilməyən 15 çuvalda qablaşdırılmış vəziyyətdə əksər hissəsi mülki dövriyyədən çıxarılmış (idxalına yol verilməyən) 3 041 ədəd balıq toru və düzgün bəyan edilməyən müxtəlif adda geyim əşyaları aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər