Bizi sosial şəbəkələrdən izləyin:
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya Ermənistanın Azərbaycanla sərhəddə yerləşən əraziyə baş çəkib.
Bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov TASS-a bildirib.
Təşkilatın Ermənistandakı missiyası Azərbaycan ilə sərhəddə yerləşən Vayots Dzor bölgəsinə səfər edib.
Zas Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində dislokasiya olunmuş bölmələrinin komandirləri, yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüşüb.