“Xocalı soyqırımı 30-cu ilində” türk ölkələri medialarında tanıtma işi aparılacaq
Cəmiyyət
3204
21 Sep 2022 | 17:16

“Xocalı soyqırımı 30-cu ilində” türk ölkələri medialarında tanıtma işi aparılacaq

Ortaq Dəyərlər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xocalı soyqırımı 30-cu ilində” - yerli və türk ölkələri media platformasında tanıtma və təbliğat işi” adlı layihənin icrasına başlayıb.
 
Bu barədə açıqlama verən Ortaq Dəyərlər İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, sentyabr-oktyabr ayları ərzində icra olunacaq layihə çərçivəsində Türk dünyasından olan ekspertlərin, xaricdə yaşayan azərbaycanlıların, Xocalı sakinlərinin, ictimai fəalların iştirakı ilə internet televiziyada onlayn teledebatlar təşkil ediləcək, Xocalı soyqırımı haqqında xüsusi hazırlanmış məqalələr Türk ölkələrində və türk toplumlarının yaşadığı ölkələrinin mediasında dərc olunacaq. Həmçinin, yerli mediada da Xocalı soyqırımının 30 illiyi ilə bağlı xüsusi hazırlanmış materiallar yayınlanacaq.
 
Layihədə təşkilatın Ortaqdeyerler.az saytının yenidən qurulması nəzərdə tutulur.
 
A.Camalın sözlərinə görə, Xocalı soyqırımı ilə bağlı tədbirlər yalnız ildönümlərində deyil, bütün zamanlarda həyata keçirilməlidir.  
Link kopyalandı!
Son xəbərlər