4251
18 Sep 2022 | 18:23

"Lap Taleyranı qəbirdən çıxarsalar da, mifik Tiqranı dirildib hakimiyyətə gətirsələr də..."

1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri, köhnə “dostum” Vardan Oskanyan 13-14 sentyabr döyüşləri ilə bağlı “news.am” portalında “Əslində nə baş verib və nə etmək lazımdır?” adlı məqalə dərc etdirib. 
 
“Erməni ideyasının” apologetlərindən olan Vardan etiraf edir ki, Azərbaycan ordusu Şuşaya girəndən sonra “bütün Artsaxı işğal etmək” 4-5 saatın işi idi. Yalnız Ermənistanın kapitulyasiya aktına qol çəkməsi vəziyyəti xilas etmişdi. Oskanyan daha sonra yazır ki, 9 noyabr gecəsi necə deyərlər, parada Prezident İ.Əliyev komandanlıq edirdi və o, Paşinyanın qarşısında üç əsas tələb qoymuşdu:
 
a) Qarabağ ermənilərinə heç bir status verilməyəcək;
b) Zəngəzurdan Naxçıvana koridor açılacaq;
c)ermənilərin işğalı altındakı anklavlar da daxil sərhədlər demarkasiya və delimitasiya olunacaq.
 
Lakin Paşinyanın “simasını” xilas etmək üçün bu şərtlər olduğu kimi “kağıza köçürülməmiş”, sadəcə Putinin qarant olması şərti ilə centlmen razılığı əldə edillmişdi. Oskanyanın fikrincə, 13-14 sentyabr döyüşlərində Şimal qonşusunun susqunluq nümayiş etdirməsi yalnız Rusiyanın ağır durumu ilə deyil, həm də Putinin “kişi sözü” və qarantör məduliyyəti ilə bağlıdır. Ona görə də Paşinyan vədlərini yerinə yetirməyənə qədər Azərbaycan öz təzyiqlərində davamlı olavaq…Hər halda Oskanyan belə yazır və soruşur ki, bəs  çıxış yolu nədir?
 
Praktiki adam kimi tanıdığım Vardan burada irreal bir təkliflə çıxış çıxış edir- guya Paşinyanı siyasi səhnədən uzaqlaşdırmaqla, Azərbaycan qarşısında təhəddüdlərlə bağlı olmayan yeni negotiator (danışıqçı) tapmaqla - bir sözlə, Ermənistanda hakimiyyət dəyişikliyi ilə vəziyyətdən çıxmaq olar.
 
Xam xəyaldır! 
 
Lap Taleyranı qəbirdən çıxarsalar da, mifik Tiqranı dirildib hakimiyyətə gətirsələr də, danışıqlarla baş qatmaq, vaxt uzatmaq daha mümkün olmayacaq. Əksinə, özlərini çıxılmaz vəziyyətə salacaqlar!
 
Vilayət QULİYEV
Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri,
Filologiya elmləri doktoru
Link kopyalandı!
Son xəbərlər