Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
3334
16 Sep 2022 | 09:57

Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək

Azərbaycanda istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üzrə ƏDV-dən azad olmanın əlavə 1 il (2025-ci ilin sonuna qədər) artırılması nəzərdə tutulur.
 
Bu, 2023-cü ildə dövlət büdcəsi gəlirləri üzrə siyasətin əsas istiqamətlərindən biridir.
 
Xatırladaq ki, sözügedən hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - bu il yanvarın 1-dən 3 il müddətinə (2024-cü ilin sonuna qədər) vergidən azad edilib.
Link kopyalandı!
Son xəbərlər