Azərbaycandakı aqroparklarda 10 min insan çalışır
Cəmiyyət
3344
14 Sep 2022 | 14:30

Azərbaycandakı aqroparklarda 10 min insan çalışır

Azərbaycandakı aqroparklarda təxminən 4 500 nəfər daimi, 5 500 nəfər isə mövsümi işlə təmin olunub. Gələcəkdə əlavə 4 700 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
 
Bu barədə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
 
Məlumata görə, hazırda 32 rayon üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb ki, bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb.
 
İndiyə qədər aqroparklara 1,4 milyard manat özəl investisiya qoyulub. Aqroparklar digər kənd təsərrüfatı müəssisələri kimi, vergi güzəştlərindən, subsidiyalardan, güzəştli kredit və lizinqdən yararlanırlar. Bundan əlavə dövlət tərəfindən digər dəstək tədbirləri də görülür. Belə ki, investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-na texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 43,9 milyon manat dəyərində güzəşt tətbiq olunub, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184,2 milyon manat güzəştli kredit verilib.
 
2022-ci ilin ötən dövründə aqroparklarda 152,4 min ton buğda, 71,4 min ton arpa, 115 min ton dən qarğıdalı, 13,7 min ton yonca, 19 min ton süd və 1,3 min ton ət istehsal olunub.
 
2018-2022-ci illər ərzində aqroparklarda ümumi sahəsi 8291 hektardan çox olan intensiv meyvə bağları salınıb ki, bu meyvə bağlarından 2022-ci ilin ötən dövründə 819,2 ton şaftalı, 225 ton nektarin, 240 ton ərik, 323 ton gilas və s. yığılıb.
 
Link kopyalandı!
Son xəbərlər