Ucarda üzərinə benzin tökərək yandıran II qrup əlil öldü
3273
05 Sep 2022 | 11:11

Ucarda üzərinə benzin tökərək yandıran II qrup əlil öldü

Ucarda üzərinə benzin tökərək özünü yandıran II qrup əlil ölüb.
 
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
 
Qeyd edilib ki, sentyabrın 4-də rayonun Alpout kənd sakini, II qrup əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənovun yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması nəticəsində almış olduğu xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakı şəhərində yerləşən 5 saylı şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsində vəfat edib.
 
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər