Bizi sosial şəbəkələrdən izləyin:
Qazaxıstanın şimalında yanğınlar səbəbindən 6 sərnişin və 11 yük qatarı gecikir.
"Report" xəbər verir ki, bu barədə "RBC-Ukraina" məlumat yayıb.
Yanğınlar nəticəsində 10-a yaxın insan müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Ümumilikdə yanğınlar 108 binaya ziyan vurub. Son məlumata görə, yanğın sahəsi 9 400 hektardır.
Bu arada Qazaxıstan Baş Prokurorluğu Kostanay vilayətində baş verən yanğınlarla bağlı araşdırmalara başlayıb.
Müdafiə Nazirliyi isə Kostanay vilayətində meşə yanğınları ilə mübarizəyə hərbi qulluqçuların cəlb edilməsi barədə göstəriş verib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kostanay vilayətinə gözlənilən işgüzar səfəri zamanı əməliyyat qərargahına baş çəkməyi və meşə yanğınlarının aradan qaldırılması üçün görülən tədbirlərlə tanış olmağı planlaşdırır.